Bu saziş Yaxın Şərqi 50 ildə dəyişə bilər - Vens

10:04 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ və İran arasında sazişin imzalanması Yaxın Şərqdə növbəti 50 il ərzində fundamental dəyişikliklərə səbəb ola bilər.

Hafta.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib:

“Əgər iranlılar bu razılaşmanın şərtlərinə əməl etsələr, bu, Yaxın Şərqi növbəti 50 il ərzində köklü şəkildə dəyişdirəcək. Bu, müharibələrə son qoyacaq, regionu investisiyalar üçün daha cəlbedici edəcək. Eyni zamanda, Amerika xalqının rifahının yüksəlməsinə və enerji qiymətlərinin aşağı düşməsinə töhfə verəcək”.