Əkin sahəsində kütləvi təlafat

15:07 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada əkin sahəsində suya elektrik cərəyanı verilir.

Hafta.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə rayonun Kəpənəkçi kəndində təsərrüfat sahəsində suya elektrik cərəyanın verilməsi nəticəsində çox sayda heyvan - siçan, pişik, bayquş tələf olub.

Paylaşımı edən istifadəçi şərhlərdə əkin sahəsini qorumaq üçün bu addımı atdığını qeyd edib. O, suya 750 kVt elektrik cərəyanı verdiyini bildirib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.