"Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi"

13:54 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda 15 iyun - Milli Quruluş Günü qeyd edilir. Bu tarix ölkənin parçalanmadan xilas edilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşməsi üçün başlanğıc oldu".

Hafta.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalında yayımlanan reportajda bildirilib.

"15 iyun Azərbaycan tarixində dönüş nöqtəsidir. Ölkənin taleyinin həll olunduğu zəfər tarixidir. Bu anlamlı günün qəhrəmanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevdir. XX əsrin sonlarında müstəqilliyinə qovuşan Azərbaycan az müddət sonra bunu itirə bilərdi. Bütün ölkə belə bir çətin vəziyyətdə Azərbaycanı Heydər Əliyevin xilas edəcəyinə inanırdı. Xalqın çağırışı ilə Heydər Əliyev Naxçıvandan Bakıya döndü. Bu, Azərbaycan taleyində dönüş nöqtəsi idi", - deyə materialda qeyd olunub.