Gürcüstan da ABŞ-İran razılaşmasını alqışladı

14:51 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan ABŞ və İran arasında Anlaşma Memorandumu üzrə əldə edilmiş razılaşmanı alqışlayır.

Hafta.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" hesabında yazıb.

O qeyd edib ki, Gürcüstan razılaşmanın əldə olunması üçün zəruri şəraitin yaradılmasına töhfə verən vasitəçilik səylərini təqdir edir:

"Ümid edirik ki, bu vacib addım hərətərəfli sülh sazişinin bağlanması və münaqişənin həllinə gətirib çıxaracaq".