Ağ Evdə UFC gecəsi

12:54 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidentinin rəsmi iqamətgahında - Ağ Evin ərazisində keçirilən "UFC Freedom 250" turnirində ispaniyalı İliya Topuriya amerikalı rəqibi Castin Qeyciyə uduzub.

Hafta.az xəbər verir ki, qarşılaşma yüngül çəki dərəcəsində titul döyüşü olub.Hakimin qərarı ilə dördüncü raunddan sonra döyüş dayandırılıb və ABŞ-li idmançı texniki nokautla qələbə qazanıb. İliya Topuriya isə peşəkar MMA karyerasında ilk dəfə məğlub olub.

Daha əvvəl ağır çəkidə müvəqqəti çempionluq uğrunda döyüşdə fransalı Siril Qan braziliyalı rəqibi Aleks Pereyranı məğlub edib.

Qeyd edək ki, nüfuzlu yarış ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.