Bakının bu rayonlarında yollar təmir ediləcək

12:38 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yol infrastrukturunu yeniləməyə hazırlaşır.

Bu barədə Hafta.az-a qurumdan bildirilib. Məlumata görə, ilkin mərhələdə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində bərpa işləri həyata keçiriləcək.

Məqsəd paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyatın hərəkətinin daha təhlükəsiz və rahat təşkil edilməsidir.