Bu yaxınlarda Ukraynaya yeni "Patriot" raketləri təhvil verilib, ona görə də ballistik hücumları dəf etmək üçün imkanlar yaranıb.
Hafta.az xəbər verir ki, bu barədə "Новини.LIVE" məlumat yayıb. Məlumata görə, Prezident Volodimir Zelenski bir müddət əvvəl raketlərin ölkəyə daxil olduğunu açıqlayıb:
"Bir müddət əvvəl Ukraynaya "Patriot" raket kompleksləri daxil olub. İndi həmin raketləri istifadə etdikdən sonra bu barədə artıq açıq danışmaq olar".
Dövlət başçısının sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri raket zərbələrinə cavab vermək üçün lazımi vasitələrə malik olsalar da, zərbə dronlarının kütləvi hücumunun qarşısını tam almaq mümkün olmayıb:
"Ballistik raketləri vurmaq üçün resurslar kifayət edirdi, lakin gördüyünüz kimi, bütün pilotsuz uçuş aparatlarını məhv etmək alınmadı".