Azərbaycanda xanəndə dünyasını dəyişdi

23:51 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış xanəndə, Salyan Dövlət Kukla Teatrının aktyoru Qalıb Məlikov dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 55 yaşında vəfat edib.

O, yaradıcılığı dövründə yüzlərlə tamaşada müxtəlif və yaddaqalan obrazlar canlandıraraq teatr sənətinə öz töhfəsini verib.

Qalib Məlikov eyni zamanda kinoda da fəaliyyət göstərib. O, kinorejissor Kürçaylı Məmmədovun "Bərə" filmində ata obrazını uğurla canlandıraraq tamaşaçıların yaddaşında qalıb.

Qeyd edək ki, Qalib Məlikov 21 may 1971-ci ildə Salyan rayonunda anadan olub.