Yazını böyüt
Yazını kiçilt
"Mən bu oyunları oynamıram".
Hafta.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin Putinlə Moskvada görüşmək təklifinə cavab olaraq deyib.
Zelenski Kremldən gələn bu təklifi rədd edib:
"Mən Putinlə görüşmək üçün Moskvaya getməyəcəyəm, bu oyunları oynamıram. Biz Türkiyədə, İsveçrədə və ya Yaxın Şərqdə görüşə bilərik".
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, əgər Zelenski ciddi söhbətə hazırdırsa, onu Moskvada qəbul edə bilərlər.