Bu küçəyə yenidən Atatürkün adı veriləcək

23:16 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan paytaxtı Daşkənddə küçəyə yenidən Atatürkün adı veriləcək. 

Hafta.az xəbər verir ki, qərar Ədliyyə Nazirliyinin sənədlərində rəsmiləşdirilib.

Özbəkistan-Türkiyə Dostluq Xiyabanına bitişik yolun hissəsinə Türkiyə Cümhuriyyətinin qurucusunun adı veriləcək. Bu küçə əvvəllər - 1990-cı illərdə Atatürk adlandırılsa da, 2011-ci ildə dəyişdirilərək Zarafşan olmuşdu.