Türkiyədə mədəndə uçqun baş verib - ölən var

13:43 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil.

Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır.