Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var

22:34 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskva vilayətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Hafta.az xəbər verir ki, qəza Sergiyevo-Posad şəhər dairəsi ərazisində baş verib.

Məlumata görə, təyyarə yerə düşdükdən sonra yanmağa başlayıb.

Əvvəlcə uçuş-enmə zolağı üzərindən keçib, daha sonra qəfil meşəlik əraziyə doğru irəliləyib.

Hadisə nəticəsində pilot və sərnişin həyatını itirib.

Qəzanın başvermə səbəbləri araşdırılır./ “Baza"/