Sumqayıtın bir hissəsində su kəsildi

14:35 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.

Hafta.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, su xəttində qəza baş verib:

"Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək"./oxu.az/