Macarıstan hökuməti ölkənin ən mühüm milli bayramlarından biri olan 20 Avqust tədbirləri çərçivəsində keçiriləcək atəşfəşanlıq proqramında dəyişikliklərin ediləcəyini açıqlayıb. Yeni plana əsasən, tədbirin əhatə dairəsi genişləndiriləcək və nümayiş daha böyük ərazidə təşkil olunacaq.
Hafta.az xəbər verir ki, bayram proqramı Budapeştdə Dunay çayı boyunca keçiriləcək.
Rəsmilərin bildirdiklərinə görə, tədbirlər avqustun 17-dən başlayaraq dörd gün davam edəcək. Ziyarətçilər üçün onlarla mədəni və əyləncə proqramı hazırlanır. Atəşfəşanlıq şousunda minlərlə pirotexniki effektdən istifadə olunacaq və nümayiş ölkənin dövlətçilik tarixini əks etdirən xüsusi vizual elementlərlə müşayiət olunacaq.
Hökumət hesab edir ki, yenilənmiş format həm yerli sakinlərin, həm də xarici turistlərin marağını artıracaq və Macarıstanın milli bayramını daha möhtəşəm şəkildə təqdim edəcək.