"Park Bulvar"da film izləmək qaydaları da dəyişdirildi

15:10 18.06.2026 Müəllif:Ayəndə Dadaşova
Yazını böyüt
Yazını kiçilt

“Park Cinema” kinoteatrlar şəbəkəsi “Park Bulvar” filialında yerləşən əfsanəvi VIP zalını tamamilə yeniləyərək tamaşaçıların ixtiyarına verib.

Hafta.az xəbər verir ki, artıq kinosevərləri daha yüksək komfort, eksklüziv xidmət və unudulmaz atmosfer təqdim edən yeni “Visa Premium Hall” gözləyir.

Premium zal xüsusi rahatlıq üçün hazırlanmış dəri kreslolar, müasir dizayn və fərqli xidmət konsepsiyası ilə seçilir. Qonaqlar alış-veriş mərkəzində fəaliyyət göstərən restoranlardan birbaşa zala yemək sifariş edərək filmdən ayrılmadan sevdikləri təamların dadını çıxara bilərlər. Ən yeni film premyeraları yüksək komfort ilə “Park Cinema”da, “Visa Premium Hall”da tamaşaçıları gözləyir.

Ünvan: Neftçilər 42, Park Bulvar 4-cü mərtəbə

Biletləri parkcinema.az saytından əldə etmək mümkündür.

"Park Bulvar"da film izləməyin qaydaları dəyişdirildi - FOTO
photo_2026-06-18_13-09-55.jpg (1)