Yazını böyüt
Yazını kiçilt
“Araz-Naxçıvan” yayın ilk transferini reallaşdırıb.
Hafta.az.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalayıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.
İ. Piriyev 2025-2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.