Türkiyə, Braziliya və ABŞ meydana çıxır

10:13 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları davam edir.

Hafta.az xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol azarkeşlərini bir-birindən maraqlı qarşılaşmalar gözləyir.

D qrupunda günün ən diqqətçəkən duellərindən biri ABŞ və Avstraliya yığmaları arasında baş tutacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Həmin qrupun digər vacib görüşündə isə Türkiyə və Paraqvay milliləri üz-üzə gələcəklər. Azarkeşlərin maraqla gözlədiyi bu matça iyunun 20-də saat 07:00-da start veriləcək.

C qrupunun mübarizəsinə gəldikdə, iyunun 20-də gecə saat 02:00-da Şotlandiya və Mərakeş milliləri meydana çıxacaqlar, saat 04:30-da isə Braziliya və Haiti yığmalarının qarşılaşması baş tutacaq.

Dünya çempionatı

II tur

D qrupu

19 iyun

23:00. ABŞ - Avstraliya

20 iyun

07:00. Türkiyə - Paraqvay

C qrupu

20 iyun

02:00. Şotlandiya - Mərakeş

04:30. Braziliya - Haiti

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.