Vensin İsveçrəyə səfəri təxirə salınıb

09:03 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Vitse-prezidenti Cey. Di. Vens cümə günü başlaması gözlənilən ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə salıb.

Hafta.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev planların dəyişdirilməsinin səbəbinin logistika olduğunu bildirib. "Hazırda Vitse-prezident bu gecə yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”,- deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iyunun 19-da İsveçrədə ABŞ və İran nümayəndə heyətlərinin görüşü baş tutmalı idi.