Yazını böyüt
Yazını kiçilt
Aİ səlahiyyətliləri Rusiya biznes və fiziki şəxslərin 21,5 milyard avro dəyərində aktivlərini dondurub və onların axtarışını fəal şəkildə davam etdirir, Avropa komissarı Didier Reynders deyib.
“İndiyədək biz sanksiya siyahısındakı oliqarx və təşkilatların 21,5 milyard avro vəsaitini dondura bilmişik. Biz Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri üzərində işi davam etdiririk, bəzi aktivlər və əməliyyatlar, o cümlədən Euroclear vasitəsilə dondurulub”, - Reynders Brüsseldə AK-nin aktivlərin dondurulması və müsadirəsi üzrə işçi qrupunun iclası başlamazdan əvvəl bildirib.