Evdən 85 min manatlıq qızıl oğurlanıb

12:15 16.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masazır qəsəbəsində evdən oğurluq edilib.

Hafta.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.