Lavrov: Təcili həll olunmalıdır

15:14 10.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

KTMT Ermənistanın təşkilatdan mümkün xaric edilməsi məsələsi nəzərdən keçirəcək.

Hafta.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Ermənistan artıq Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun qəbul edib, buna görə də Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvlük məsələsi təcili olaraq həll olunmalıdır.

 

Lavrov vurğulayıb ki, Ermənistan NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir.

Rusiya XİN rəhbəri qeyd edib ki, KTMT xarici işlər nazirləri Ermənistanın borcu səbəbindən təşkilat üzvünün mümkün xaric edilməsi ilə bağlı maddənin tətbiqini nəzərdən keçirmək barədə razılığa gəlib.