Paytaxtda mağaza yandı

10:53 16.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 20 m² olan meyvə-tərəvəz satışı mağazasının içərisində quraşdırılan 2 ədəd kondisioner və 1 ədəd soyuducu yanıb.

 

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Yüksək temperaturdan lambirdən ibarət tavanı qarsalanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.