Qaradağda ikimərtəbəli ev yanıb

17:08 24.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 140 m² (hər mərtəbəsi 70 m²) olan ikimərtəbəli 3 otaqlı evin 1-ci mərtəbəsində 1 ədəd divan yanıb, yüksək temperaturdan 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.