Rejissor Oqtay Əliyev yol qəzasında ölüb

19:25 22.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol qəzasında ölüb.

Hafta.az xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.

Oqtay Əliyevin idarə etdiyi “Toyota” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza zamanı Oqtay Əliyev ölüb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.