"İkiniz də məni tək qoydunuz"

16:16 18.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqəti özünə cəlb edib.

Hafta.az xəbər verir ki, o, atası və qardaşının məzarını ziyarət etdiyi anlardan fotolar yayımlayıb.

Aparıcı paylaşımına əlavədə qeyd edib:

"Canımın yarısı torpaqdadır. İki dağım. Allah rəhmət eləsin. İkiniz də məni tək qoydunuz. Bu gün bayramlaşma və hesabat günüm idi".

Qeyd edək ki, Vüsalənin qardaşı Əlihüseyn Əlizadə Rafail oğlu 2021-ci ildə yol qəzasında həyatını itirib. O, Dövlət Sərhəd Xidməti zabiti idi.