"Alatoran" filminin ulduzu tibb bacısı ilə evlənib

19:10 14.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Alatoran" vampir dastanında Ceykob (Quileute canavar tayfasının nümayəndəsi, əbədi olaraq vampirlərin əleyhdarı olmaq üçün nəzərdə tutulmuşdur) rolunu oynayan aktyor Teylor Lautner Taylor Dome ilə ailə həyatı qurub. Evləndikdən sonra ər və arvad tam adaş olublar.

Dome Lautner, demək olar, dörd il idi ki, tibb bacısı ilə münasibətdə idi və o, toydan düz bir il əvvəl sevgilisinə evlənmə təklifi edib.

Toy mərasimi Qərbi Kaliforniyanın Paso Robles şəhərinin kənarındakı Epoch Estate Wines-də baş tutub. Toya 100-ə yaxın qonaq dəvət olunub.

Teylor Lotner sensasiyalı kino dastanında Ceykob rolunu oynamaqla yanaşı, “Akulboy və Lavanın sərgüzəştləri”, “Sevgililər günü”, “Treyslerlər”, “Dalğaya minmək”, “Təqib”, “Ev oyunu” və s. filmlərdəki işi ilə tanınır.

Oxunma sayı 1957