"Barselona" Superliqanı tərk etdi

16:48 07.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Barselona" klubu Avropa Superliqası layihəsini tərk edib.

Hafta.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Kataloniya təmsilçisi bununla bağlı xüsusi açıqlama verib: "Barselona" klubu bu gün Avropa Superliqası Şirkətinə (European Super League Company) və layihədə iştirak edən digər klublara layihədən rəsmi şəkildə çıxdığı barədə bildiriş göndərib".