"Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı yeni müharibə cinayətləri törətmək üçün zəmin hazırlayır" - Hikmət Hacıyev

11:00 04.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutur".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev twitter hesabında qeyd edib.

O bildirib ki, Ermənistanın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada, Azərbaycanın mülki vətəndaşlarına qarşı yeni müharibə cinayətləri törətmək üçün zəmin hazırladıqları açıq görünür.