Yazını böyüt
Yazını kiçilt
"Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır. Beynəlxalq qanunlar öz torpaqlarını azad edən Azərbaycana haqq verir".
Hafat.az xəbər verir ki, bu haqda İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei bugünkü müraciətində bildirib.
“İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zamanda bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi həmin ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır. Müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər”, - Ali rəhbər deyib.