Aktyor Makoley Kalkin "Evdə tək" filminin davamı çəkilərsə, Kevin Makkallister rolunu yenidən canlandırmağı istisna etməyib.
Hafta.az xəbər verir ki, "Variety" jurnalı bu barədə aktyorun sözlərinə istinadən məlumat yayıb. Kalkin bildirib ki, bu obraza qayıtmağa etiraz etməzdi.
O, filmin mümkün davamı üçün öz süjet fikirlərini də səsləndirib:
"Belə bir ideyam var. Mən ya dulam, ya da boşanmışam. Uşaq böyüdürəm və çox işlədiyim üçün ona kifayət qədər vaxt ayıra bilmirəm. Bir gün övladım məndən o qədər inciyir ki, məni öz evimdən qovur və evə girməyim üçün müxtəlif maneələr yaradır".
Onun sözlərinə görə, bu yolla o, ilk filmlərdəki oğrularla yerini dəyişir və öz evinə daxil olmağa çalışır. Kalkinin fikrincə, evin özü valideyn-uşaq münasibətlərinin metaforası kimi təqdim oluna bilər.