ABŞ-da Ukrayna pilotsuz qayıqlarının istehsalına başlanılacaq

08:09 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin “ReconCraft” şirkəti Ukrayna istehsalı olan “Magura” pilotsuz qayıqlarının istehsalına başlayacaq.

Hafta.az xəbər verir ki, Portlandda yerləşən və xüsusi əməliyyat gəmilərinin istehsalı ilə məşğul olan “ReconCraft” şirkəti ilə Ukraynanın “Uforce” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Müqavilə ötən həftə Vaşinqtondakı Ukrayna səfirliyində bağlanıb.

“ReconCraft” şirkətinin həmtəsisçisi Co Silkovskinin sözlərinə görə, şirkət gələcəkdə ildə yüzlərlə, hətta minlərlə pilotsuz qayıq istehsal etməyi planlaşdırır. Razılaşmanın maliyyə dəyəri açıqlanmayıb.

Nəşr qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi qarşıdakı illərdə döyüş sistemlərinin inkişafına on milyardlarla dollar vəsait ayırmağı nəzərdə tutur./“The Wall Street Journal”/