"Evdə tək" filminin çəkildiyi ev kirayə verilir

21:44 02.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in çəkildiyi məşhur evi kirayə verilir.

Hafta.az xəbər verir ki, ABŞ-ın İllinoys ştatında yerləşən mülk dekabrın 7-dən etibarən bir gecəlik rezervasiya edilə bilinəcək.

Evdə qalan şəxsləri ekran işinin baş rollu - Kevin Makkallisterin qardaşı Bazzın səsi qarşılayacaq.

Qeyd edək ki, filmin əsas personajını aktyor Makoley Kalkin canlandırıb.

Oxunma sayı 32