"Əvvəlcə çörək, yoxsa sülh?"

10:15 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya xalqı yeni seçilmiş prezidentdən ilk növbədə rifahı yüksəldəcəyini gözləyir.

Hafta.az-ın yazdığına görə, “Russia Field”in araşdırmasında iştirak edənlərin təxminən yarısı (48 faizi) 2024-cü il prezident seçkilərinin qalibindən “xalqın maddi vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atacağını” gözləyir.

Sorğuda bu cavaba 30-44 yaş qrupu, eləcə də ali təhsilli və yoxsul təbəqənin daha çox önəm verdiyi müşahidə olunub.

Üçüncü qrup (31 faiz) sosial sahədə irəliləyiş gözlədiyi halda, 24 faiz müharibənin başa çatacağını gözləyir. Yeni rəhbərlikdən heç nə gözləmədiyini və şikayəti olmadığını bəyan edənlərin nisbəti 8 faizdir.

Yeni prezidentin müharibəyə son qoyacağını gözləyənlər arasında 45-59 yaş qrupu və ali təhsillilər seçilir.

Müharibənin necə başa çatacağına gəlincə, 15 faiz “sülhlə”, 7 faiz isə “qələbə ilə” deyir. Müharibənin “Ukraynadan qoşunların çıxarılması” ilə başa çatmasını istəyənlərin nisbəti 2 faiz olaraq qalıb.

Son sorğulara görə, 2024-cü ildə keçiriləcək seçkilərdə Vladimir Putindən başqa heç bir namizədin qalib gələcəyi gözlənilmir.

Oxunma sayı 166