Yazını böyüt
Yazını kiçilt
Naxçıvan Muxtar Respublikasının ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri baş verib.
Hafta.az xəbər verir ki, sel əsasən Şahbuz rayonu ərazisində müşahidə edilib.
Yağıntıların intensivliyi çay hövzələrində axının sürətlə artmasına səbəb olub. Mövcud hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artması ehtimalı qalmaqdadır. Əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı davranmaq tövsiyə edilir.