Yazını böyüt
Yazını kiçilt
2026-cı ilin əvvəlindən Rusiyanın Ulyanovsk vilayəti Azərbaycan və Özbəkistana 456 ton süd məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artım deməkdir.
Hafta.az RF Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidmətin Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə idarəsinə istinadla xəbər verir ki, iyunun 23-dək rusiyalı mütəxəssislər ixrac üçün nəzərdə tutulan 23 partiya süd məhsulunu yoxlayıblar.
Bütün məhsullar Ümumrusiya Heyvan Sağlamlığı Tədqiqat İnstitutunda zəruri laboratoriya sınaqlarından keçib, baytarlıq və sanitariya baxımından təhlükəsiz hesab edilib, idxalçı ölkələrin tələblərinə cavab verir.