Azərbaycanda yeni BOKT yaradılıb

16:18 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Hermes Finance" ASC yeni bank olmayan kredit təşkilatı (BOKT) təsis edib.

Hafta.az xəbər verir ki, şirkətin səhmdarlarının iyunun 9-da keçirilmiş ümumi yığıncağında "Hermes Bank Olmayan Kredit Təşkilatı" MMC-nin 100% təsisçi payla yaradılması barədə qərar qəbul edilib.

Qərara əsasən, yeni yaradılacaq MMC-nin nizamnamə layihəsi təsdiqlənib, nizamnamə kapitalı müəyyənləşdirilib və inzibatçıların təyinatı ilə bağlı müvafiq qərarlar qəbul olunub.