“Arsenal” bu futbolçu ilə şəxsi razılıq əldə edib

13:17 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin “Arsenal” klubu “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocerslə şəxsi razılıq əldə edib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında imzalanacaq müqavilənin 2031-ci ilədək nəzərdə tutulduğu bildirilir. Qeyd edilib ki, London təmsilçisi 23 yaşlı futbolçunun transferini reallaşdırmaq üçün “Aston Villa” ilə rəsmi danışıqlara başlayacaq.

Morqan Rocersin xidmətində “Mançester Yunayted”, “Çelsi” və Fransanın PSJ klubu da maraqlı olub.

Futbolçu ötən mövsüm bütün turnirlərdə 55 oyunda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin 2025/2026-cı illər mövsümündə UEFA Avropa Liqasının ən yaxşı futbolçusu seçilib.