“Araz-Naxçıvan” Rəşad Həsənovla 1 illik müqavilə imzaladı

12:30 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Rəşad Həsənovla 1 illik müqavilə imzalayıb.

Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, mərkəz müdafiəçisi yeni mövsümdə muxtar respublika təmsilçisinin formasını geyinəcək.

“Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.