Yazını böyüt
Yazını kiçilt
DÇ-2026-nın qrup mərhələsində keçiriləcək Fransa - İraq oyunu təxirə salına bilər.
Hafta.az xəbər verir ki, buna səbəb Filadelfiyada gözlənilən əlverişsiz hava şəraitidir.
Sinoptiklər qarşılaşma vaxtı güclü yağış və ildırım ehtimalının yüksək olduğunu bildiriblər.
Fransa - İraq görüşü iyunun 23-də Bakı vaxtı ilə saat 01:00-da Filadelfiyadakı "Linkoln Financial Field" stadionunda keçiriləcək.