Gəncədə evdə məktəblinin meyiti tapıldı

09:37 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 17 yaşlı yeniyetmənin meyiti yaşadığı evdə aşkar edilib.

Hafta.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə.Novruzovun meyiti Gəncə şəhərinin Məhsəti qəsəbəsində yerləşən evində tapılıb.

Hadisə ilə bağlı əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Bildirilir ki, Ə.Novruzov 11-ci sinif şagirdi olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.