Bakıda “Te Deum” mərasimi keçiriləcək - Səfir

11:33 21.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bakıda “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsində Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçiriləcək".

Hafta.az xəbər verir ki, bu haqda Argentinanın Azərbaycandakı səfiri, xanım Marianxeles Belluşi deyib.

Səfir diqqətə çatdırıb ki, mərasimdə Argentina Azərbaycan münasibətləri üçün dualar ediləcək:

“Dünən biz Beynəlxalq Tanqo Festivalının açılışını elədik. Tədbir uğurla baş tutdu və fürsətdən istifadə edib hər kəsi bu festivala iştirak etməyə dəvət edirik",-deyə o qeyd edib.