Yazını böyüt
Yazını kiçilt
“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Klubdan hafta.az-a bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni bir illik sözləşmə imzalanıb.
Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, Ağdam təmsilçisi ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Millidə isə 82 matçda 1 dəfə fərqlənib.