Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar həyata keçirilib.
Hafta.az xəbər verir ki, əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Əhəd Məmmədov 2025-ci ildən Ağcabədi Pedaqoji Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 2026-cı ilin fevral ayından isə son təyinatadək kollecin direktoru vəzifəsini müvəqqəti icra edib.
Cəlal Bayramov 2022-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "İlin peşəkar gənci" döş nişanı və fəxri diplomu ilə təltif olunub. O, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə də təltif edilib.
