Argentina və Fransa yenidən meydanda

10:22 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionatında ikinci turun həyəcanı tam sürətlə davam edir.

Hafta.az xəbər verir ki, qrup mərhələsinin növbəti turu azarkeşlərə bir-birindən gərgin və maraqlı idman mübarizəsi vəd edir.

J qrupunda günün ən diqqətçəkən duellərindən biri Argentina və Avstriya yığmaları arasında baş tutacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Eyni qrupun digər görüşündə isə İordaniya və Əlcəzair milliləri yaşıl meydanda qüvvələrini sınayacaqlar. Bu qarşılaşma iyunun 23-də səhər saat 07:00-da start götürəcək.

I qrupunun mübarizəsinə gəldikdə isə iyunun 23-ü gecə saat 01:00-da Fransa və İraq milliləri xal axtarışına çıxacaq, ardınca saat 04:00-da Norveç və Seneqal yığmalarının gərgin qarşılaşması reallaşacaq.

Dünya çempionatı

II tur

J qrupu

22 iyun

21:00. Argentina - Avstriya

23 iyun

07:00. İordaniya - Əlcəzair

I qrupu

23 iyun

01:00. Fransa - İraq

04:00. Norveç - Seneqal.

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.