Livanda ölənlərin sayı 4106 nəfərə çatıb

08:33 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Livanda hərbi eskalasiyanın başlanmasından bəri İsrail hücumları nəticəsində həlak olanların sayı 4106 nəfərə, yaralananların sayı isə 12 min 153 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin yaydığı hesabatda bildirilir. Məlumata görə, martın 2-dən iyunun 21-dək davam edən hərbi qarşıdurma dövründə mülki əhali arasında itkilər artmaqda davam edib.

Hesabatda qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə bölgəsində yerləşən “Hizbullah” hədəflərinə endirdiyi zərbələr nəticəsində son sutka ərzində 49 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Bundan əlavə, İsrail aviasiyasının Əli Taher yüksəkliklərinə zərbələr endirdiyi vurğulanır. Kfar Tibnit şəhəri və Nəbatiyə əl-Fəvqa ətrafı da pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Nəticədə itkilərin olduğu bildirilsə də, onların dəqiq sayı hələlik açıqlanmayıb.