Azərbaycan və Qazaxıstandan birgə nümayəndə heyəti İsrailə səfər edəcək

10:52 22.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Qazaxıstandan innovasiya sahəsində fəaliyyət göstərən 15 iştirakçıdan ibarət birgə nümayəndə heyəti bu həftə İsrailə səfər edəcək. Səfərin məqsədi iştirakçıları innovasiya, akademik mühit, sənaye, sahibkarlıq və texnologiya mərkəzləri, startaplar, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, innovasiya mərkəzləri, su texnologiyaları və digər qabaqcıl texnoloji sahələr üzrə İsrail ekosistemi ilə tanış etməkdir.

Hafta.az yazır ki, proqram çərçivəsində nümayəndə heyətinin dövlət, özəl sektor, akademik və innovasiya sahələrində fəaliyyət göstərən müvafiq israilli tərəfdaşlarla peşəkar görüşlər keçirməsi, eyni zamanda İsrail cəmiyyəti ilə yaxından tanış olması nəzərdə tutulur. Bundan əlavə, nümayəndə heyəti Bələdiyyələr və İnnovasiya Sərgisi - MUNI EXPO tədbirində iştirak edəcək, İsrail Xarici İşlər Nazirliyində keçiriləcək brifinqlərə qatılacaq, həmçinin İsrailin cənub bölgələrinə və Qəzza sərhədi icmalarına səfər edəcək.

Bakıda və Astanadakı İsrail səfirlikləri hesab edir ki, nümayəndə heyəti İsrail, Azərbaycan və Qazaxıstan arasında peşəkar dialoqu gücləndirmək üçün mühüm platforma olacaq və innovasiya, texnologiya, eləcə də tətbiqi həllər sahəsində gələcək əməkdaşlıq imkanları yaradacaq.