Badmintonçumuz Serbiyada bürünc medal qazanıb

13:16 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yeniyetmə badmintonçusu Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian U-17 International” turnirində bürünc medal qazanıb.

Hafta.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasının məlumatına görə, qızların şəxsi yarışında mübarizə aparan idmançı ilk görüşündə Rumıniya təmsilçisi Ariana Giurgieni 2:0 (21:5, 21:6) hesabı ilə məğlub edib. Leyla Camalzadə 1/16 final mərhələsində Xorvatiya idmançısı Maya Praniçi gərgin keçən üçsetlik qarşılaşmada 2:1 (22:20, 16:21, 21:15) hesabı ilə üstələyib.

O, 1/8 finalda Türkiyə badmintonçusu Elanur Taşkırana 2:0 (21:19, 21:15) hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Təmsilçimiz 1/4 finalda isə Polşa idmançısı Hanna Vıleqa ilə çətin mübarizədən qalib ayrılıb – 2:1 (21:7, 15:21, 21:19).

Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla Camalzadə finala gedən yolda Bolqarıstan təmsilçisi Maria Popovaya 0:2 (16:21, 14:21) hesabı ilə məğlub olub.