Yazını böyüt
Yazını kiçilt
Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə maraqsız qurumdur, heç kim onun qətnamələri ilə maraqlanmır. Avropa Parlamenti özünü nüfuzdan saldığı kimi, bu qurum da özünü hörmətdən salıb.
Hafta.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, AŞPA-da Gürcüstanla bağlı qətnamənin müzakirəsinə münasibət bildirərək deyib:
"Biz bu cür qətnamələrin qəbulundan əvvəl hansı prosesin getdiyini və bu cür qətnamələrin nə qədər ədalətli olduğunu bilirik. Məhz bütün bu cür hərəkətlər ədalətsiz olduğuna görə, cəmiyyət artıq belə sənədlərə reaksiya vermir. Buna görə də bütün bunlar mənim üçün də maraqlı deyil".