İran: Vaşinqtona etimad göstərmirik

14:43 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran ABŞ ilə danışıqları son dərəcə ehtiyatla davam etdirir, Vaşinqtona etimad göstərmir və hər hansı bir inkişafa hazırdır.

Hafta.az xəbər verir ki, bunu İslam Respublikasının Cenevrədəki BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib.

"Bütün ölkəmiz istənilən mümkün inkişafa və ya ssenariyə hazırdır. Və buna görə də danışıqlar aparırıq. Hər dəfə hücum etdikdə dərhal cavab veririk. Və biz də məhz belə davranmağa davam edəcəyik", - deyə o, Cenevrədə keçirilən brifinqdə bildirib.