LANDAU şahmat festivalı başa çatıb

11:09 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “LANDAU School”un təşkilatçılığı ilə keçirilən 5-ci LANDAU Şahmat Festivalı uğurla yekunlaşıb.

Hafta.az xəbər verir ki, yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda təşkil olunub.

5-ci LANDAU Şahmat Festivalı üzrə əsas qalib Yusif Əhədzadə olub. O, 11-18 oktyabr tarixlərində Gəncədə keçiriləcək “Ganja Open 2026” Şahmat Festivalında iştirak hüququ qazanıb.

Qalibin yarışla bağlı bütün xərcləri “LANDAU School” tərəfindən qarşılanacaq. Qeyd edək ki, festivalın əsas qalibi kubok və diplomla təltif olunub.

8 yaş qrupu üzrə qalib qızlar:

I yer: Mahmudova Nərmin

8 yaş qrupu üzrə qalib oğlanlar:

I yer: Mirzəyev Məhəmməd

10 yaş qrupu üzrə qalib qızlar:

I yer: Tağızadə Əsəl

10 yaş qrupu üzrə qalib oğlanlar:

I yer: Məmmədrzayev Renat

12 yaş qrupu üzrə qalib qızlar:

I yer: Hümbətli Xanımzər

12 yaş qrupu üzrə qalib oğlanlar:

I yer: Əhədzadə Yusif

Qeyd edək ki, turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 225 yeniyetmə şahmatçı mübarizə aparıb. Festivalın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.